Bank Of Baku

Quba rayonunun Amsar kəndinə mavi yanacaq verilməsi bərpa olunub

Quba rayonunun Amsar kəndinə mavi yanacaq verilməsi bərpa olunub
# 16 oktyabr 2008 22:25 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Quba rayonunun Amsar kəndinə mavi yanacağın verilməsi bərpa olunub. APA-nın yerli bürosunun məlumatına görə, vaxtilə 379 abonenti olan Amsar kəndində 1993-cü ildən bəri qazın verilməsi dayandırılıb. Kəndə təbii qaz verilməsi ilə əlaqədar keçirilən mərasimdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov deyib ki, 2008-2013-cü illəri əhatə edən Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Quba rayonunun bütün yaşayış məntəqələrinin, o cümlədən Xınalıq, Buduq, Söhüb, Qırız kimi ucqar dağ kəndlərinin mavi yanacaqla təmin edilməsi planlaşdırılıb.
Quba Qaz İstismar İdarəsinin rəisi Namiq Həsənov isə deyib ki, təkcə 2008-ci ildə Quba rayonunda səkkiz ucqar yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub. İlin sonunadək daha altı kəndə də qaz verilməsi nəzərdə tutulub. Kənddə mavi yanacaqdan istifadə edən abonentlərin sayı 500-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR