Bank Of Baku

Son bir ildə Azərbaycanda əmək pensiyasının baza hissəsi 50% artırılıb

Son bir ildə Azərbaycanda əmək pensiyasının baza hissəsi 50% artırılıb
# 17 oktyabr 2008 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən bir il ərzində Azərbaycanda yaşa görə əmək pensiyasının baza hissəsi 50% artırılaraq 75 manata çatdırılıb ki, bu da MDB-də pensiyaların məbləği nisbətən yüksək olan ilk 5 dövlət arasında ən yuxarı artımdır. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondnun (DSMF) sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, bu göstərici ikinci yerdə olan Belarusdakı artımdan 2,5 dəfə çoxdur.
Fond sədri bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, 90 min nəfərdən artıq pensiyaçının əmək pensiyasından məhdudiyyət götürülməklə yenidən hesablanıb və orta hesabla 24 manat artırılıb. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarında baş vermiş artımlarla bağlı bu qəbildən olan şəxslərin pensiyaları orta hesabla 75 manat artıb. Dövlət qulluqçularının məvaciblərinin artırılması nəticəsində isə bu kateqoriyadan olan 8500 nəfərin pensiyaları iyulun 1-dən orta hesabla 50% artırılıb. Bütün bu artımlardan sonra pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan aylıq vəsaitin həcmi hazırda 120 mln. manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 46% və ya 38 mln. manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR