Bank Of Baku

Azərbaycan Dövlət Pedaqoji Universitetində qanvermə aksiyası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində qanvermə aksiyası keçirilib
# 23 oktyabr 2008 14:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Səbayel rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı şəhər Baş Səhiyyə İdarəsinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində talassemiya və hemofiliya xəstələri üçün qanvermə aksiyası keçirilib. Səbayel rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, aksiyada 120 nəfərdən artıq tələbə, o cümlədən universitetdə təhsil alan xarici tələbələr qan verib.
Bu aksiyanı digər ali təhsil müəssisələrində və rayonda yerləşən bır sıra idarə və təşkilatlarda davam etdirmək nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR