Bank Of Baku

“Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirə keçiriləcək

“Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirə keçiriləcək
# 23 oktyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 25-də Milli Məclisdə parlamentin sədr müavini Bahar Muradovanın iştirakı ilə “Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirə keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbir Milli Məclisin Sosial siyasət daimi komissiyasının təşəbbüsü və BMT-nin Əhali Fondunun, Avropa Şurasının, Avropa Parlamentlərarası Forumunun dəstəyi ilə “Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü” layihəsi çərçivəsində keçirilir. Müzakirəyə Milli Məclisin İnsan hüquqları, İqtisadi siyasət və digər müvafiq komissiyalarının üzvləri, aidiyyəti nazirliklərin, komitələrin və strukturların nümayəndələri, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların təmsilçiləri dəvət olunub. Tədbirdə reproduktiv sağlamlığın problemləri, sağlamlığın qorunmasına yönəlmiş dövlət siyasəti, gənclər arasında reproduktiv sağlamlıq, bu sahənin texniki bazasının inkişaf strategiyası, maarifləndirmə məsələləri, reproduktiv sağlamlığın inkişafında parlamentlərarası əlaqələrin rolu və digər mövzularda məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR