Bank Of Baku

Oktyabrın 31-də Gəncədə əmək yarmarkası keçiriləcək

Oktyabrın 31-də Gəncədə əmək yarmarkası keçiriləcək
# 27 oktyabr 2008 10:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi oktyabrın 31-də Gəncədə, noyabrın 7-də Sumqayıtda əmək yarmarkası keçirəcək.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, həmçinin, oktyabrın 31-də Azərbaycan Turizm İnstitutunda tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərmək məqsədilə «Karyera və ilk addım» adı altında tədbir keçiriləcək. Tədbirdə ATU-nun tələbələrinə təhsil aldıqları ixtisaslar üzrə mövcud vəziyyəti öyrənməyə imkan yaradılacaq.
İdarədən bildirilib ki, noyabrın 11-də bütün ərazisini əhatə etməklə, Naxçıvan Muxtar Respublikasında, noyabrın 20-21-də isə Bakıda əmək yarmarkası təşkil olunacaq.
Ümumilikdə, bu il respublikanın 53 şəhər və rayonunda 54 yarmarka olub. Bu yarmarkalarda 1 899 müəssisə 16 894 boş iş yeri təqdim edib. Yarmarkalarda 5 104 nəfər münasib işlərə göndəriş alıb, 426 nəfər peşə hazırlığı, 340 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR