Bank Of Baku

“Əlillərin səhiyyə sahəsində hüquqları” adlı kitab nəşr olunub

“Əlillərin səhiyyə sahəsində hüquqları” adlı kitab nəşr olunub
# 27 oktyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun maliyyə dəstəyi ilə “Əlillərin səhiyyə sahəsində hüquqları” adlı kitab nəşr olunub. APA-nın xəbərinə görə, “Səhiyyə sahəsində ictimai nəzarət” layihəsi çərçivəsində nəşr olunan kitabda psixi və onkoloji xəstəliklərə, eləcə də hemofiliya, talassemiya və şəkərli diabetə düçar olmuş əlillərlə bağlı qanunvericilik haqda məlumatlar əksini tapıb. Layihənin koordinatoru Sərraf Orucov bildirib ki, layihədə məqsəd əlillərin cəmiyyətə reinteqrasiyası və onların qanunvericilik barədə maarifləndirilməsidir.

Qeyd edək ki, rəsmi statistikaya əsasən Azərbaycanda 420 minə yaxın əlil var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR