Bank Of Baku

Sabah Bakıda turizm sektorunda ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsi mövzusunda tədbir keçiriləcək

Sabah Bakıda turizm sektorunda ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsi mövzusunda tədbir keçiriləcək
# 27 oktyabr 2008 11:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Oktyabrın 28-də Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin birgə təşkilatçılığı ilə Bakıda «Turizm sektorunda ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsində sosial tərəfdaşların rolu» mövzusunda dəyirmi masa keçiriləcək.
Baş Məşğulluq İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev iştirak edəcəklər. Dəyirmi masaya turizm sektorunda fəaliyyət göstərən 60-a yaxın şirkətin rəsmiləri qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR