Bank Of Baku

Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir

Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir
# 27 oktyabr 2008 12:12 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Gürcüstanın təhsil naziri Georgi Nogiya Azərbaycanın şimal-qərb bölgəsinə səfərə gəlib. Balakən rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, G. Nogiya və onu müşayiət edən şəxslər bu gün Balakən rayonunun İti Tala kəndindəki gürcü orta məktəbində görüş keçiriblər. Nazir gətirdiyi dərslikləri və dərs vəsaitlərini məktəbə təqdim edib. Daha sonra G. Nogiya Zaqatala rayonunda ingiloyların yaşadığı Əliabad kəndinə gedib. O burada ingiloyların oxuduğu orta məktəbə də dərsliklər təqdim edib. Nazirin bu gün Qax rayonuna yola düşəcəyi, oradakı gürcü məktəblərində görüşlər keçirəcəyi bildirilib.
Məlumata görə, G. Nogiya bölgədəki məktəblərə ümumilikdə 5600 ədəd dərslik və dərs vəsaiti gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR