Bank Of Baku

Bu həftə Azərbaycan ərazisində hava yağmursuz keçəcək

Bu həftə Azərbaycan ərazisində hava yağmursuz keçəcək
# 27 oktyabr 2008 13:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu həftə ərzində Azərbaycanın əksər rayonlarında dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, gecə və səhər saatlarında bəzi şərq rayonlarında duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara bölgəsində qısa müddətli yağışlar gözlənilir.

Həftə ərzində havanın temperaturu iqlim norması daxilində olacaq, əsasən, mülayim şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında 15-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR