Bank Of Baku

Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq

Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq
# 27 oktyabr 2008 14:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq. Bu barədə APA-ya Respublika Hemofiliya Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verib. G. Hüseynova bildirib ki, layihəyə dəstəyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Özəl Fəaliyyətlə məşğul olan Stomatoloqlar Assosiasiyası göstərib. Komitə Stomatoloji Mərkəz üçün texniki avadanlıqların alınmasına, Stomatoloqlar Assosiasiyası isə pulsuz tibbi xidmət göstərilməsinə yardım edəcək. Xatırladaq ki, hazırda Azərbaycanda 300 nəfərə qədər hemofiliyalı, 300 nəfərdən çox talassemiyalı, 1000 nəfərdən çox isə diabetli xəstə uşaq var. Hələlik Stomatoloji kabinetin Bakıda yaradılacağı gözlənilir. Daha sonra isə bölgələrdə də səyyar stomatoloji kabinetlər yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR