Bank Of Baku

Bu il Azərbaycanda işçilərlə bağlanılan əmək müqavilələrinin sayı 2,8 dəfə artıb

Bu il Azərbaycanda işçilərlə bağlanılan əmək müqavilələrinin sayı 2,8 dəfə artıb
# 27 oktyabr 2008 15:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi (DƏM) 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 1 689 müəssisədə dövlət nəzarətini həyata keçirib.
DƏM-in rəisi Nəbi Şükürlü «APA-Economics»ə bildirib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin 649-u dövlət, 1 040-ı qeyri-dövlət müəssisəsidir. Hesabat dövründə 1 752 ərizə, 978 məktub araşdırılıb. Həmin müddətdə işçilərlə 17 877 əmək müqaviləsinin (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çox) bağlanılması təmin edilib, vətəndaşlara 607 022 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% az) gecikdirilmiş ödənc verilib.
Bu il aşkar olunmuş inzibati xətaya görə 513 334 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çox) cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR