Bank Of Baku

Notariat fəaliyyətlə məşğul olmaq istəyənlər üçün keçirilən test imtahanlarının ilk mərhələsinin nəticələri açıqlanıb

Notariat fəaliyyətlə məşğul olmaq istəyənlər üçün keçirilən test imtahanlarının ilk mərhələsinin nəticələri açıqlanıb
# 28 oktyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ədliyyə Nazirliyi ilə birlikdə notariat fəaliyyətlə məşğul olmaq istəyənlər üçün keçirilən test imtahanlarının 1-ci mərhələsinin nəticələrini açıqlayıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, test imtahanları oktyabrın 25-də Azərbaycan Kooperasiya Universitetində keçirilib və müsabiqədə 254 namizəd iştirak edib. İmtahanda mümkün 90 baldan 55 və daha artıq bal toplayan 120 namizəd müsabiqənin ikinci mərhələsinə keçib.

Qeyd edək ki, 3 saat davam edən test imtahanında namizədlərin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşlərini öyrənmək məqsədilə 100 sual verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR