Bank Of Baku

Lənkəranda “Qadın əleyhinə zorakılığın dayandırılması” layihəsinin təqdimatı olub

Lənkəranda “Qadın əleyhinə zorakılığın dayandırılması” layihəsinin təqdimatı olub
# 29 oktyabr 2008 23:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadın əleyhinə zorakılığın dayandırılması” layihəsinin təqdimat olub. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə rayondakı hökumət və Qeyri-Hökumət Təşkilatlarının, hüquq-mühafizə orqanlarının, səhiyyə və təhsil müəssisələrinin, KİV nümayəndələrinin iştirak edib. “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyinin sədri Arzu Möhsümova təqdim olunan layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Probleləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Məmmədov qadınların hüquqlarının qorunmasında bu layihənin əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR