Bank Of Baku

Naxçıvanda hərbi fənləri tədris edən orta məktəb müəllimlərin hazırlıq vəziyyəti araşdırılıb

Naxçıvanda hərbi fənləri tədris edən orta məktəb müəllimlərin hazırlıq vəziyyəti araşdırılıb
# 30 oktyabr 2008 00:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu--APA Naxçıvan Muxtar Respublikasında (MR) hərbi fənləri tədris edən orta məktəb müəllimlərinin hazırlıq vəziyyəti yoxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, 3 gün davam edən təlim-metodiki sınaqlarda müəllimlərin fiziki və təjrübi imkanları araşdırılıb. Onların nəzəri səviyyəcə hazırlığı test üsulu ilə yoxlanılıb. İştirakçılara həmçinin Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan müasir texniki avadanlıqlarla taışlıq imkanları yaradılıb, onlardan isifadə qaydalar tədris olunub.

Naxçıvan Muxtar Respublikasının 222 orta məktəbi üzrə 205 hərbi müəllimin iştirak etdiyi təlim-metodiki sınaqların sonunju günü təşkil olunan toplantıda regionun məktəbləri üzrə bu il Heydər Əliyev adına Hərbi Liseyə daxil olan 250 kursantın regionun 95 məktəbindən qəbul olduğu qeyd olunub, digər məktəblərdə hərbi təhsilin keyfiyyətinin artırılması , həmçinin hərbi kadr verə bilməyən məktəblərin fəaliyyətinin artırıması və bu kimi məsələlər müzakirə olunub. Tədbirdə təlim-metodiki sınaqların yekun nətijələrinin noyabrın iknji ongünlüyündə açıqlanajağı, fəaliyyəti qənaətbəxş olmayan müəllimlərin tədris prosesindən kənarlaşdırılajağı qeyd edilib.

Naxçıvan Muxtar Respublikasının orta məktəblərində hərbi rəhərlərin hazırlıq səviyyəsini yoxlanılması məqsədi daşıyan təlim-metodiki sınaqlar Naxçıvan MR Təhsil Nazirliyi, MR Hərbi Komissarlığı, Naxçıvan Qarnizonunun birgə təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR