Bank Of Baku

Naxçıvan Dövlət Universitetində “Memarlıq və incəsənət” kabinəsinin açılışı olub

Naxçıvan Dövlət Universitetində “Memarlıq və incəsənət” kabinəsinin açılışı olub
# 30 oktyabr 2008 02:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsində «Memarlıq və incəsənət tarixi» kabinəsinin açılışı olub. NDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru İsa Həbibbəyli açılış mərasimində çıxış edərək Naxçıvanın tarixi memarlıq abidələri ilə zəngin olmaqla yanaşı nuhşünaslıq, gəmiqayaşünaslıq elm mərkəzinə çevrildiyini vurğulayıb. Rektor Azərbaycan memarlığının və təsviri sənətinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Rektor yeni yaradılan kabinədəki foto-eksponatların tələbələrin bədii zövqünün, yaradıcı təxəyyülünün, elmi bazasının formalaşmasında böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Universitetin Fizika-radioelektronika kafedrasında «Elektronika üzrə texniki yaradıcılıq mərkəzi»nin də açılış mərasimi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR