Bank Of Baku

Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən 283 aptek aşkarlayıb

Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən 283 aptek aşkarlayıb
# 29 oktyabr 2008 13:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi bu ilin yanvar-sentyabr ayları ərzində 1795 aptekə baxış keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, reyd zamanı 806 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 537 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 13 aptekin Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin həkim-sanitar xidmətinin tabeliyində, 283 aptekin isə qeyri-qanuni fəaliyyət göstərdiyi aşkarlanıb. Reydlər zamanı yararlılıq sertifikatı olmayan 41109 qutu, istifadə müddəti bitmiş 1405 seriya dərman preparatları aşkarlanaraq müsadirə edilib. Lisenziyası olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan və fəaliyyətini könüllü dayandırmayan 104 aptekə nöqsanlarını aradan qaldırmaq üçün vaxt verilib. Verilən vaxt ərzində nöqsanları aradan qaldırmayan 17 aptek müəssisəsinin lisenziyasının fəaliyyəti Səhiyyə Nazirliyinin müvafiq sərəncamları ilə dayandırılıb. Həmin apteklərin 7-si Bakıda, 10-u isə bölgələrdə fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR