Bank Of Baku

Apteklər Səhiyyə Nazirliyinin xəbərdarlığına əməl etmirlər

Apteklər Səhiyyə Nazirliyinin xəbərdarlığına əməl etmirlər
# 29 oktyabr 2008 13:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekusorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları”na riayət etməyən 31 apteki İnzibati Xətalar Məcəlləsi əsasında cərimələyib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2007-ci il mayın 3-də verilmiş əmr əsasında Bakı, eləcə də ölkənin qərb və şimal bölgələrində fəaliyyət göstərən apteklərə dərman vasitələrinin (reseptsiz buraxılan dərman vasitələri istisna olmaqla) xüsusi vahid resept blanklarında müvafiq qaydada tərtib olunmuş reseptlər əsasında buraxılması barədə xəbərdarlıqlar edilib. Ancaq apteklər bu xəbərdarlıqlara əməl etməyiblər. Reydlər zamanı apteklərin nazirliyin təsdiqlədiyi resept formasına oxşar tərtib edilmiş, lakin müxtəlif şirkətlərin adları, loqoları, inisialları yazılmış, müxtəlif rənglərdə resept nüsxələri aşkarlanmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR