Bank Of Baku

Quba şəhərində əsaslı memarlıq dəyişikliklərinin aparılması üçün xüsusi layihə hazırlanıb

Quba şəhərində əsaslı memarlıq  dəyişikliklərinin aparılması üçün xüsusi layihə hazırlanıb
# 29 oktyabr 2008 14:10 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov mətbuat nümayəndələri üçün brifinq keçirib. APA-nın yerli bürosunun xəbərinə görə, R. Həbibov Quba şəhərində əsaslı şəkildə memarlıq dəyişikliklərinin aparılması üçün xüsusi layihə hazırlandığını bildirib. Onun sözlərinə görə, Quba şəhərinin yeni küçə və meydanlarının müasir üsluba uyğunlaşdırılması ilə bağlı yeni layihə tərtib olunub, əsaslı dəyişikliklərdən biri rayonun yeni avtovağzalının inşası ilə bağlıdır. Avtovağzal özəl deyil, dövlət sektorunda fəaliyyət göstərəcək. Yeni avtovağzal şəhərin Vaqif küçəsində ayrılan 2 hektar ərazidə inşa olunacaq. R. Həbibov Qubadakı Şəhidlər Xiyabanında əsaslı təmir işlərinin aparılacağını da qeyd edib. Şəhərin yeni layihəsinə əsasən Azərbaycan-Rusiya sərhədi istiqamətində hərəkət edən iri qabaritli avtomobillərin Quba şəhərində rahat və maneəsiz keçməsi üçün yeni yol açılacaq.
İcra başçısı deyib ki, Qubanın yeni memarlıq layihəsinin ilk mərhələsinin 2009-cu ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR