Bank Of Baku

Şimal bölgəsində qrip xəstəliyinə yoluxanların sayı artıb

Şimal bölgəsində qrip xəstəliyinə yoluxanların sayı artıb
# 29 oktyabr 2008 14:22 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Oktyabr ayı ərzində hava şəraitinin tez-tez dəyişməsi və uzunmüddətli yağışlar nəticəsində şimal bölgəsinin əhalisi arasında soyuqdəymə, qrip xəstəliklərinə yoluxanların sayı artıb. APA-nın yerli bürosunun xəbərinə görə, xüsusilə Xaçmaz rayonunun Xəzərsahili kəndlərində davam edən nəmişlik və soyuq hava keçici xəstəliklərin yayılmasına səbəb olub. Bu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə rayonun səhiyyə işçiləri profilaktiki tədbirlərə başlayıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin baş terapevti Nemət Bayramov APA-nın əməkdaşına bildirib ki, əvvəllər soyuqdəymə xəstəliklərinə qarşı peyvənd məqsədilə Almaniyada hazırlanan vaksinlərdən istifadə olunsa da, 5 ildir ki, rayona vaksin gətirilmir. Həkim bunun vaksinin çox baha başa gəlməsi ilə əlaqələndirildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR