Bank Of Baku

“Azərbaycan mineralları” ensiklopediyası çap olunub

“Azərbaycan mineralları” ensiklopediyası çap olunub
# 29 oktyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu tərəfindən illüstrasiyalı “Azərbaycan mineralları” kitabı nəşr olunub. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə, geologiya-mineralogiya elmləri doktoru Məmməd Çıraqov, geologiya-mineralogiya elmləri namizədi Solmaz Vəlizadə və geologiya-mineralogiya elmləri namizədi Hüseyn Vəliyevin müəllifliyi ilə çap olunan ensiklopediyada ölkəmizin zəngin təbii sərvətlərindən olan sərbəst metallar, sərbəst qeyri-metallar, arsenidlər, sulfidlər, tioduzlar, oksidlər, hidrooksidlər və digər minerallar barədə Azərbaycan, ingilis və rus dillərində ətraflı məlumatlar əks etdirilir. Ensiklopediya Geologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Dövlət Universitetinin vəTəbiət Tarixi Muzeyinin geoloji muzeylərində, həmçinin Azərbaycan geoloqlarının şəxsi kolleksiyalarında saxlanılan mineral nümunələri əsasında hazırlanıb.
.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR