Bank Of Baku

“Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib

“Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib
# 30 oktyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə “Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin dünyaya inteqrasiyası, inkişafı və təbliği üçün xarici dillərin öyrənilməsinə ehtiyac yarandığını deyib. O, Azərbaycanda yalnız ingilis dilinə marağın artmasını düzgün hesab etmədiyini söyləyib: “Bu məsələyə kor-koranə yanaşmaq olmaz. İngilis dilinin tədrisinin artırılması fransız, alman, rus və digər dillərin öyrənilməsinə mane olmamalıdır”.

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov isə bildirib ki, xarici dillərin öyrənilməsinə məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır: “Ən ağır məsələ orta təhsil müəssisələrində xarici dillərin tədrisidir. Müəllimlər xarici dillərin öyrənilməsində yeni metodik imkanlar tapmalıdırlar. Ölkənin inkişafı və dünyada tanınması üçün xarici dillərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rektoru Asəf Namazov tədrisin müasirləşdirilməsi istiqamətində dövlətin atdığı addımlara diqqət çəkib. Sonra konfrans 3 bölmə üzrə işini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR