Bank Of Baku

Azərbaycan Avropada iki təzyiq etalonu alıb

Azərbaycan Avropada iki təzyiq etalonu alıb
# 30 oktyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (SMPDA) Avropa ölkələrinin istehsalı olan 2 ədəd təzyiq etalonu alıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə SMPDA baş direktorunun vəzifəsini icra edən Ramiz Həsənov məlumat verib.
R.Həsənovun sözlərinə görə, bununla Agentliyin nəzdində fəaliyyət göstərən Etalon Mərkəzindəki etalonların sayı 11-ə çatıb.
R.Həsənov ilin sonuna qədər yeni etalonların alınacağını da qeyd edib.
Azərbaycan Etalon Mərkəzindəki nümunələr əsasən ABŞ, İsveçrə, Almaniya istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR