Bank Of Baku

Azərbaycanda Metrologiya İnstitutu yaradılacaq

Azərbaycanda Metrologiya İnstitutu yaradılacaq
# 30 oktyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) nəzdində Metrologiya İnstitutunun yaradılması planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə SMPDA baş direktorunun vəzifəsini icra edən Ramiz Həsənov məlumat verib.
R.Həsənovun sözlərinə görə, hazırda bu layihə üzərində iş aparılır: «Bu gün əsas problemimiz metrologiya sahəsində kadr çatışmazlığı ilə bağlıdır. Avropa İttifaqının yardımı ilə agentlik tərəfindən həyata keçirilən Tvvininq proqramında bu istiqamətdə işlər nəzərdə tutulur».
Qeyd edək ki, SMPDA-nın nəzdində 2007-ci ilin yanvar ayından Azərbaycan Standartlar İnstitutu fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR