Bank Of Baku

Azərbaycan yay və qış vaxtının istifadəsindən imtina etmək niyyətində deyil

Azərbaycan yay və qış vaxtının istifadəsindən imtina etmək niyyətində deyil
# 30 oktyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın bir neçə il ərzində Azərbaycanın özünün vaxt etalonu olacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə SMPDA baş direktorunun vəzifəsini icra edən Ramiz Həsənov məlumat verib.
R.Həsənovun sözlərinə görə, hazırda vaxt etalonunun alınması üçün iş aparılır: «Yaxın iki il ərzində Azərbaycanın özünün vaxt etalonu olacaq. Ölkə ərazisindəki saatlar da məhz bu etalona uyğunlaşdırılacaq».
Bir sıra ölkələrin saatların yay və qış vaxtına uyğun dəyişdirməkdən imtinasına gəlincə, R.Həsənov Azərbaycanın belə bir niyyəti olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR