Bank Of Baku

Azərbaycanda müəllif hüquqları daha çox kitab çapı sahəsində pozulur

Azərbaycanda müəllif hüquqları daha çox kitab çapı sahəsində pozulur
# 30 oktyabr 2008 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycanda müəllif hüquqlarının pozulması hallarına daha çox kitab çapında rast gəlinir”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov deyib. Onun sözlərinə görə, hazırda da bəzi kitabların nəşri zamanı müəllif hüquqlarının pozulduğunu iddia edən şəxslər agentliyə müraciət edərək tədbir görülməsini istəyiblər: “Biz bu məsələləri araşdırırıq, hüquqi yardım göstəririk. Müəllif hüquqları sahəsində hər yerdə problem var. Biz də bütün hallarda bunu tərəflərin iştirakı ilə araşdırıb həll etməyə çalışırıq. Əks halda isə məhkəmələrə müraciət edirik”.

A. Səmədov musiqi sahəsində olan hüquq pozuntuları ilə bağlı agentliyə müraciətlərin çox az sayda olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR