Bank Of Baku

Azərbaycanda standartlaşdırma, metrologiya və akkreditasiya sisteminin gücləndirilməsi layihəsinin təqdimatı keçirilib

Azərbaycanda standartlaşdırma, metrologiya və akkreditasiya sisteminin gücləndirilməsi layihəsinin təqdimatı keçirilib
# 30 oktyabr 2008 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində standartlaşdırma, metrologiya və akkreditasiya sisteminin gücləndirilməsi Layihəsi»nin təqdimatı keçirilib.
«APA-Economics»in məlumatına görə, layihə Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasətinin texniki yardım üzrə aləti olan Twinning Proqramı çərçivəsində həyata keçirilir və müddəti 24 aydır. Aİ layihənin icrasına 1,4 mln. avro qrant ayırıb.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Alan Vaadams bildirib ki, layihə standartlaşdırma sahəsində uyğunluğu təmin edir və gələcəkdə özünün müsbət təsirini göstərəcək. Həmçinin, layihə Azərbaycanın standartlaşdırma, metrologiya və akkreditasiya sahəsinin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayacaq.
SMPDA-nın baş direktoru vəzifəsini icra edən Ramiz Həsənov isə layihənin standartlaşdırma sektorunun beynəlxalq tələblərə uyğunlaşdırılmasına yardımçı olacağını vurğulayıb: «Bu öz növbəsində bizə ölkəyə gətirilən məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsinə imkan verəcək, həmçinin milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, sınaq laboratoriyalarının qurulması və s. köməklik göstərəcək».
Daha sonra layihənin təqdimatı keçirilib. Layihənin həyata keçirilməsi məqsədilə Agentlikdə Aİ-nin ekspertləri tərəfindən Texniki Şərtlər hazırlanıb. Müddəti 2 il olacaq layihənin icraçısı Almaniya-Avstriya konsorsiumudur.
Layihə çərçivəsində SMPDA-ya standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya sahələrinin Aİ-nin tələblərinə uyğunlaşdırılması məqsədilə institusional yardım göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR