Bank Of Baku

Gələn il Azərbaycanda pensiyaların məbləği yenidən artırılacaq

Gələn il Azərbaycanda pensiyaların məbləği yenidən artırılacaq
# 30 oktyabr 2008 12:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, ildə bir dəfədən az olmayaraq, pensiyanın baza və sığorta hissələri artırılmalıdır. H.Rəcəbli pensiyaların məbləğində növbəti il gözlənilən artımla bağlı konkret rəqəm söyləməsə də, bunun 25%-dən az olmayacağı qənaətindədir: «Həmişə ən aşağı artım 25% olur. Növbəti artım da hissi edilən dərəcədə olacaq».
H.Rəcəbli hesab edir ki, Azərbaycanın pensiya sistemində bəzi uyğunsuzluqlar qalmaqdadır: «Bu gün ali məktəblərdə dərs deyən yüksək elmi dərəcəli alimlər pensiyaya çıxarkən aşağı məbləğdə pensiya alırlar. Bu məsələ həm Dövlət Sosial Müdafiə Fondunda, həm Milli Məclisin sosial siyasət daimi komissiyasında, həm də Prezidentin İcra Aparatında müzakirə olunur. Hazırda bu məsələnin həlli üçün tələb olunan maliyyə mənbəyi müəyyənləşdirilir və dəyəri hesablanır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR