Bank Of Baku

Azərbaycanda mənzil münasibətləri yeni məcəllə əsasında tənzimlənəcək

Azərbaycanda mənzil münasibətləri yeni məcəllə əsasında tənzimlənəcək
# 30 oktyabr 2008 13:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan parlamentinin oktyabrın 31-də keçiriləcək növbəti iclasında Mənzil Məcəlləsinin layihəsi müzakirəyə çıxarılacaq.
«APA-Economics»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, 16 fəsil, 170-ə yaxın maddədən ibarət olan bu məcəllə mənzil münasibətlərinin bütün aspektlərini əks etdirəcək: «Burada ev tikmə, mənzili təmir etmə, rekonstruksiya aparmaq, mənzili kirayə vermək, mənzildə qeydiyyata düşən insanın və mənzil kirayəçisinin hüquqları, mənzil haqqının ödənilməsi, şərikli mənzillər və s. məsələlər var. Ümumilikdə, mənzillə bağlı elə məqam yoxdur ki, burada öz əksini tapmasın».
Məcəllənin layihəsi ilə bağlı müzakirələrin çox kəskin gedəcəyi fikrində olan MM üzvü hesab edir ki, layihədə müraciətlərin baxılması ilə bağlı məsələ daha ciddi fikir ayrılığına səbəb ola bilər: «Bu gün dövlətlə vətəndaş arasında ən böyük münaqişə müraciətlə bağlıdır. Vətəndaş müraciət edir ki, ev tikmək istəyirəm, mənə icazə verin. Bu ərizə 3 ay orada qalır, itir. Başqa ölkələrdə isə belə praktika var - vətəndaş ərizə verir, hökumət buna 1 ay müddətində icazə verməyəndə, o, artıq evini tikə bilər, yəni icazəsi verilmiş hesab edilir. Bu halda günah məmurun üzərində qalır».
H.Rəcəbli həmçinin bildirib ki, məcəllə sadalanan bu məsələləri ciddi normalarla tənzimləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR