Bank Of Baku

Rusiyadakı əmək miqrantları arasında azərbaycanlılar sayına görə 7-ci yerdədir

Rusiyadakı əmək miqrantları arasında azərbaycanlılar sayına görə 7-ci yerdədir
# 30 oktyabr 2008 14:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyada çalışan Azərbaycan vətəndaşları xarici işçilər arasında qanunçuluğa ən meylli işçilərdir. APA-nın Ümümrusiya Azərbaycan Konqresinə (ÜAK) istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidməti (FMX) rəisinin müavini Boris Toropov ÜAK-ın nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, 2007-ci ildə Azərbaycandan Rusiyaya qazanc dalınca gələn 57.562 nəfər rəsmən qeydiyyata alınıb. B. Toropov Azərbaycandan gələn işçilərin Rusiyadakı əmək miqrantları arasında sayına görə 7-ci olduqlarını söyləyib. Görüşdə ÜAK və FMX arasında əməkdaşlıq haqqında saziş imzalanması da qərara alınıb. Bu əməkdaşlığın ilk addımı kimi “Xarici vətəndaşın yaddaş kitabçası” hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR