Bank Of Baku

İntiqam Babayev: “Azərbaycanda mövcud olan dözümlülük modeli bütün dünya üçün nümunədir”

İntiqam Babayev: “Azərbaycanda mövcud olan dözümlülük modeli bütün dünya üçün nümunədir”
# 30 oktyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Noyabrın 4-8-də “Dini fərqlilikdən kənar” devizi altında “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının almasında gənclərin fəaliyyəti” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda 43 ölkədən 120-dən artıq nümayəndə iştirak edəcək. APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir müavini bildirib ki, tədbir “Hər kəs fərqli, hər kəs bərabər” ümumavropa kampaniyası çərçivəsində təşkil olunur. Konfransın təşkilatçıları Avropa Şurası, Avropa Gənclər Forumu, İSESCO, “Dialoq və əməkdaşlıq uğrunda” İslam Konfransı Təşkilatının Gənclər Forumu, Gənclər və İdman Nazirliyidir. Konfransda islamofobiya, antisemitizm, dini və milli zəmində qarşıdurma mövzuları müzakirə olunacaq. Müzakirələrin yekununda “Bakı Gənclər Təşəbbüsü” adlı sənədin qəbulu nəzərdə tutulub. Bu sənəd konfrans təşkilatçılarının növbəti illər üçün fəaliyyət istiqamətlərini müəyyən edəcək. İ. Babayev tədbirin məhz Bakıda keçirilməsinə də toxunaraq Azərbaycanda mövcud olan dözümlülük modelinin bütün dünya üçün çox gözəl bir nümunə olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR