Bank Of Baku

Noyabrın 5-dən sonra Azərbaycan ərazisində yenidən yağışlar yağacaq – AYLIQ PROQNOZ

Noyabrın 5-dən sonra Azərbaycan ərazisində yenidən yağışlar yağacaq – <font color=red>AYLIQ PROQNOZ</font>
# 30 oktyabr 2008 15:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində noyabr ayının ilk günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, birinci ongünlüyün ortalarında isə havanın qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, ayın ilk günlərində hava şəraitinin sabit keçməsinə baxmayaraq, ay ərzində orta aylıq temperaturun iqlim normasından 1 dərəcə aşağı olacağı, yağıntıların isə bəzi rayonlarda normadan çox olacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyünün ikinci yarısında isə orta sutkalıq temperatur 8-10 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr havanın temperaturu 6-10, gündüzlər 14-19 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 20-22 dərəcə, ayın sonunda isə 10-12 dərəcəyədək enəcək. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 28-38 mm) bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə isə mənfi 2-5 dərəcəyədək enəcək. Gündüzlər 10-15 dərəcə isti, ayrı-ayrı günlərdə 17-20 dərəcə, ayın sonunda isə 5-9 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 18-28 mm) bir qədər çox olacaq.

Yuxarı Qarabağ-Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Üçüncü ongünlüyün ikinci yarısında isə orta sutkalıq temperatur mənfi 1-3 dərəcə təşkil edəcək. Bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr havanın temperaturunun 0-4 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə mənfi 5 dərəcəyədək enəcək. Gündüzlər 8-10 dərəcə isti, ayrı-ayrı günlərində 12-17 dərəcə, ayın sonunda isə 1-5 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasından (norma 27-34 mm) çox olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Tərtər, Ağdam-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 8-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-7 dərəcə isti, ayın sonunda temperatur 0 dərəcəyə yaxın olacaq. Gündüzlər temperaturun 11-15 dərəcə isti, ayrı-ayrı günlərdə 17-19 dərəcə, ayın sonunda isə 7-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 15-24 mm) bir qədər çox olacaq.

Balakən-Şəki-Zaqatala-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə isə 1-5 dərəcə şaxta olacaq. Gündüzlər temperaturun 8-13, ayın sonunda 4-6 dərəcə isti olacağı gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 29-73 mm) bir qədər çox olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran rayonlarında - Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Əli-Bayramı, Sabirabad, Salyan, Neftçalada havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-9, ayın sonunda isə 0-3 dərəcə isti olacaq. Gündüzlər temperatur 14-18 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın sonunda isə 9-12 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara-Lerik-Yardımlıda havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-8, gündüzlər 12-17, üçüncü ongünlükdə 8-11 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 77-170 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR