Bank Of Baku

Zaqatalada Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin yeni inzibati binasının açılışı keçirilib

Zaqatalada Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin yeni inzibati binasının açılışı keçirilib
# 31 oktyabr 2008 00:30 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov- APA. Bu gün Zaqatalada Dövlət Sosial Müdafiə Fondu (DSMF) rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata əsasən, DSMF-nin vəsaiti hesabına qısa müddət ərzində inşa olunan yeni binanın açılış mərasimində fondun sədr müavini Zakir Babayev, rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Z. Babayev və A. Əsgərov yeni binanın qısa müddət ərzində tikilib istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətini təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR