Bank Of Baku

İntiqam Babayev: “Gənclər şəhərciyi arzu olaraq qalır”

İntiqam Babayev: “Gənclər şəhərciyi arzu olaraq qalır”
# 30 oktyabr 2008 16:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. ”Təəssüf ki, Azərbaycanda gənclər şəhərciyinin salınması arzu olaraq qalır. Bunun üçün normativ sənədlər qəbul edilməlidir. Söhbət dövlətin mənzil tikib, paylamasından yox, ipoteka kreditinin verilməsindən gedir. Hazırda bunun üçün başqa ölkələrin təcrübəsini öyrənirik”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, nazirliyin hazırladığı “Sosial İpoteka Əsasnaməsi”ndə daha çox elmi dərəcəyə malik, azı 3 il dövlət qulluğunda işləyən, Milli Qəhrəman və şəhid ailələrindən olan gənclərə və dünya miqyasında tanınan idmançılara üstünlük verilməsi nəzərdə tutulub: “Qısa müddətdə bütün ailələrə ipoteka kreditləri vermək mümkün deyil. Bu proses mərhələ-mərhələ getməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR