Bank Of Baku

Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

Mingəçevirin 60 illik yubileyi ilə əlaqədar silsilə  tədbirlər keçirilir
# 31 oktyabr 2008 14:47 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Mingəçevirə şəhər statusu verilməsinin 60 ili tamam olur. APA-nın yerli bürosunun xəbərinə görə, yubileylə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Gənclər və yeniyetmələr arasında şer, mahnı, inşa yazısı müsabiqələri, idman yarışları, rəsm və foto sərgilər keçirilib. Yerli televiziya kanalında şəhərin yubileyinə həsr olunan verilişlər yayımlanıb, qəzetlərdə “Mingəçevir-60” rubrikası adı altında yazılar dərc olunub. Həmçinin, gənclərin Azərbaycan İstilik Elektrik Stansiyasına və Mingəçevir Su Elektrik Stansiyasına ekskursiyaları təşkil edilib. Bu cür silsilə tədbirlər noyabrın 11-dək davam edəcək. Noyabrın 11-dən şəhərdə təntənəli bayram tədbiri keçiriləcək. Həmin gün Mingəçevir şəhərinin qurucularının adına salınmış yeni parkın açılışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR