Bank Of Baku

Bələdiyyələrin böyüdülməsi problemləri ilə bağlı dəyirmi masa keçirilib

Bələdiyyələrin böyüdülməsi problemləri ilə bağlı dəyirmi masa keçirilib
# 31 oktyabr 2008 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) “Azərbaycanda bələdiyyələrin böyüdülməsi problemləri: gələcək islahatların əsas konturları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatınagörə, tədbirin keçirilməsində məqsəd “Azərbaycanda bələdiyyələrin böyüdülməsi mexanizmləri: könüllülük prinsipindən inzibati rıçaqlara doğru” siyasət sənədinin ictimai müzakirəsini təşkil etmək olub. İTYİB-nin sədr müavini Rövşən Ağayev bildirib ki, bələdiyyələrin birləşdirilməsi ilə bağlı təkliflər 4 siyasət sənədində öz əksini tapacaq və müvafiq dövlət qurumlarına təqdim olunacaq. Layihənin eksperti Samir Əliyev isə qeyd edib ki, Azərbaycanda bələdiyyələrin böyüdülməsi məsələsi bir neçə ildir ki, dövlət qurumları tərəfindən də səsləndirilir. Ekspertin sözlərinə görə, bələdiyyələrin sayının çoxluğu və kiçikliyi onların institusional inkişafına mane olan amillərdəndir.
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi Samir Musayev bildirib ki, bələdiyyələrdə çalışan kadrların səviyyəsi artırılmalıdır. Savadsızlıq və məlumatsızlıq bələdiyyələri hüquq pozuntularının iştirakçısına çevirir. Ötən il bələdiyyələrlə bağlı 25 cinayət faktı, bu il isə 16 hüquq pozuntusu qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR