Bank Of Baku

Azərbaycanın daha iki rayonunda əmək yarmarkası keçirilib

Azərbaycanın daha iki rayonunda əmək yarmarkası keçirilib
# 01 noyabr 2008 07:32 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli və Sədərək rayonlarında növbəti əmək yarmarkaları keçirilib. NMR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Kəngərli rayonunda təşkil olunan yarmarkada 8 idarə, müəssisə və təşkilatdan 75 vakant iş yeri çıxarılıb. Nəticədə, 26 nəfərə işə göndəriş verilib.
Sədərək rayon Məşğulluq Mərkəzinin xətti ilə rayon ərazisində keçirilən yarmarkada isə 16 təşkilat tərəfindən 85 vakant iş yeri təqdim olunub ki, 14 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə növbəti əmək yarmarkaları noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək. İlin sonuncu yarmarkası isə noyabrın 11-də Naxçıvan şəhərində təşkil olunacaq.
Məlumat üçün bildirək ki, 2008-ci ilin yanvar-sentyabr aylarında 2 351 nəfər işaxtaran qeydiyyata alınıb və onlardan 1 722 nəfəri əmək fəaliyyəti ilə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR