Bank Of Baku

Culfada əmək yarmarkası keçirilib

Culfada  əmək yarmarkası keçirilib
# 08 noyabr 2008 08:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda növbəti əmək yarmarkası keçirilib. Culfa rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 15-ə qədər müəssisə və təşkilatdan 112 vakant yer təqdim olunub. Gün ərzində 29 nəfər daimi işlə təmin olunub. R. Allahyarov növbəti günlərdə də belə göndərişlərin olacağını istisna etməyib.

Qeyd edək ki, indiyədək Naxçıvan MR-in 7 rayonunda əmək yarmarkaları keçirilib. Bu ilin oktyabr-noyabr aylarında təşkil olunmuş yarmarkalarda 200-dən artıq vətəndaş daimi işlə təmin olunub. Bu il sonunu yarmarka Naxçıvan şəhərində təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR