Bank Of Baku

Talış dağlarına ilk qar yağıb

Talış dağlarına ilk qar yağıb
# 10 noyabr 2008 07:59 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Noyabrın 9-da Talış dağlarında ilk qar yağıb. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Qənbərovun və Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Fərruxovun APA-nın cənub bürosuna verdikləri məlumata görə, bu rayonlarda qar örtüyünün hündürlüyü 15-20 santimetrdir. Lerik və Yardımlı rayonlarının idarə və təşkilatları, təhsil müəssisələri əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər. Məlumata görə, bu rayonlarda elektrik enerjisinin və təbii qazın verilməsində, eləcə də su və çörəklə təchizatında da heç bir problem yaranmayıb. İstər Lerik-Lənkəran, istərsə də Yardımlı-Masallı şose yollarında nəqliyyat maneəsiz işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR