Bank Of Baku

Azərbaycanda əmək pensiyaçılarının sayı 1,266 mln. nəfəri ötüb

Azərbaycanda əmək pensiyaçılarının sayı 1,266 mln. nəfəri ötüb
# 10 noyabr 2008 08:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 266 338 nəfərə çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
Əmək pensiyası alan şəxslərin 494 755 nəfəri kişi, 771 583 nəfəri isə qadındır. Qadınlardan 373 509 nəfəri çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 8 951 nəfər təşkil edib. Əmək pensiyaçılarının 123 243 nəfəri isə işləyən pensiyaçılardır.
Qeyd edək ki, əmək pensiyası - «Əmək pensiyaları haqqında» qanunla nəzərdə tutulmuş şərtlər əsasında müəyyən edilən, məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü var: yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə əmək pensiyası.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR