Bank Of Baku

Balakən Suvarma Sistemləri İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib

Balakən Suvarma Sistemləri İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib
# 11 noyabr 2008 00:35 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA Balakəndə rayon Suvarma Sistemləri İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Balakən Suvarma Sistemləri İdarəsinin inzibati binası Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ən qısa müddət ərzində inşa edilib. Tədbirdə rayon İcra Hakimiyyəti aparatının, müvafiq idarə və təşkilatların, Meliorasiya və Su Təsərrüfatı ASC aparatının, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış mərasimində çıxış edən şəxslər, inzibati binasının ən qısa müddət ərzində tikilib istifadəyə verilməsi münasibətilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə minnətdarlıq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR