Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq
# 10 noyabr 2008 09:02 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yaxın üç gün ərzində hava dəyişkən buludlu, əsasən, yağmursuz, lakin noyabrın 11-də gecə və səhər saatlarında Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir.

Noyabrın 11-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, cənub-qərb küləyi əsəcək, noyabrın 11-də gecə havanın temperaturu 4-7, gündüz 11-13, noyabrın 12-də gecə 6-9, gündüz 11-14, noyabrın 13-də gecə 8-10, gündüz 12-15 dərəcə isti qeydə alınacaq.

Azərbaycanın rayonlarında noyabrın 11-də gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Noyabrın 12-13-də rayonlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR