Bank Of Baku

TACİS Proqramının «Azərbaycanda sosial müdafiə sisteminin islahatı Layihəsi» gələn ay yekunlaşır

TACİS Proqramının «Azərbaycanda sosial müdafiə sisteminin islahatı Layihəsi» gələn ay yekunlaşır
# 10 noyabr 2008 10:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Avropa İttifaqının TACİS Proqramının həyata keçirdiyi «Azərbaycanda sosial müdafiə sisteminin islahatı Layihəsi»nin icrası 2008-ci ilin dekabrında tamamlanacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov məlumat verib.
Şöbə müdiri bildirib ki, 2006-cı ilin aprelindən həyata keçirilən bu layihənin 2008-ci ilin martında yekunlaşması nəzərdə tutulsa da, bəzi tədbirlərin davam etdirilməsi üçün layihənin müddətinin daha 9 ay uzadılması barədə qərar verilib. Layihə çərçivəsində ƏƏSMN-in yerli mərkəzlərinin rəhbərləri və işçiləri üçün sosial siyasət sistemi üzrə təlim kursları keçirilir. Layihənin icrası üçün TACİS 1,5 mln. avro məbləğində qrant ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR