Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Böyük Britaniyaya səfərə gedib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Böyük Britaniyaya  səfərə gedib
# 11 noyabr 2008 01:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Böyük Britaniyaya səfərə gedib. Bu barədə APA-ya Komitənin mətbuat xidmətindən məlumat verilib. H. Hüseynova Böyük Britaniyada Azərbaycana Birgə Yardım təşkilatının (UAFA) “De- institusionalizasiya və Alternativ Qayğı” Dövlət proqramı çərçivəsində siyasətçilər və qərarvericilər üçün keçirdiyi dövlət səviyyəli təcrübə səfərində iştirak edəcək. Səfər UAFA təşkilatının Böyük Britaniyanın Every Child ( Hər Bir Uşaq) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ”Azərbaycanda həssas təbəqədən və əlilliyi olan uşaqların ailələrdə yaşamasının təmin edilməsi” adlı üçillik proqramın bir hissəsi olaraq baş tutub. Səfər çərçivəsində komitə sədrinin Lordlar Palatasının üzvü baronessa Pola Manzila Uddinlə görüşü də nəzərdə tutulur. Komitə sədrinin yerli icra qurumlarında, Ümumi Sosial Xidmət Şurasında, Uşaqlarla İş üzrə Könüllü Təşkilatların Milli Şurasında da görüşləri planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR