Bank Of Baku

Səhiyyə Nazirliyi apteklərin reseptsiz dərman buraxması ilə bağlı 17 fakt aşkarlayıb

Səhiyyə Nazirliyi apteklərin reseptsiz dərman buraxması ilə bağlı 17 fakt aşkarlayıb
# 10 noyabr 2008 14:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması qaydalarının pozulması ilə əlaqədar reydlər keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, oktyabrın son 10 günü ərzində keçirilən operativ nəzarət tədbirləri nəticəsində 17 belə fakt aşkarlanıb. Həmin faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 230.1 maddəsi əsasında cərimə sanksiyaları tətbiq edilib. Qeyd edək ki, Səhiyyə Nazirliyi ötən ay apteklərə dərmanların vahid resept əsasında verilməsi və dərman vasitələrinin reseptlə verilməsi qaydalarına ciddi riayət edilməsi ilə bağlı xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR