Bank Of Baku

Bakıda yeni səhiyyə müəssisələri istifadəyə verilib

Bakıda yeni səhiyyə müəssisələri istifadəyə verilib
# 10 noyabr 2008 14:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyi Bakının Əzizbəyov rayonunda əsaslı təmir və bərpa olunan bir neçə səhiyyə müəssisəsini istifadəyə verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimlərində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyev əvvəlcə Şüvəlan qəsəbəsində 75 nəfər vərəmli xəstənin müalicə və reabilitasiya olunması üçün nəzərdə tutulan 5 saylı uşaq vərəm sanatoriyasının yeni tikilən üzgüçülük hovuzları ilə tanış olub.

Buzovna qəsəbəsindəki 14 saylı Birləşmiş Şəhər Xəstəxanası da əsaslı təmir və yenidənqurmadan sonra hər cür tibbi avadanlıq və zəruri vəsaitlərlə təmin olunub. Təmir və bərpadan sonra yeni istifadəyə verilmiş Binə qəsəbəsindəki 29 saylı Birləşmiş Şəhər Xəstəxanası əsasən daxili xəstəliklərin müalicəsi nəzərdə tutulub. Burada ilk dəfə olaraq, intensiv terapiya palatası yaradılıb. Xəstəxanada quraşdırılan müasir monitor aparatın köməyi ilə həkim xəstə ilə birbaşa təmasda olmadan xəstənin nəbzini, arterial təzyiqini, ürəyin oksigenlə təmin olunma dərəcəsini və ürəyin elektrokardioqrammasını nəzarətdə saxlaya biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR