Bank Of Baku

İcra hakimiyyəti orqanlarının işçiləri üçün təlimlər keçilib

İcra hakimiyyəti orqanlarının işçiləri üçün təlimlər keçilib
# 10 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyətləri orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri üçün təlimlər təşkil edilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 5-6-da Gəncədə, 7-də isə Tovuz şəhərində təlimlər keçirilib. Təlimlərə Goranboy, Naftalan, Xocalı, Samux, Göygöl, Kəlbəcər, Gəncə, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli orqanlarında çalışan 130 rəhbər vəzifəli dövlət qulluqçusu cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR