Bank Of Baku

Balakəndə Yerli Demokratiya Həftəsi ilə əlaqədar tədbir keçirilib

Balakəndə Yerli Demokratiya Həftəsi ilə əlaqədar tədbir keçirilib
# 11 noyabr 2008 03:30 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycan Şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyası Azərbaycanda keçirilən Yerli Demokratiya Həftəsi ilə əlaqədar Balakən şəhər və kənd bələdiyyələri ilə birgə tədbir keçirib. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev, Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və Balakən səhər və kənd bələdiyyələrin nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycanda yerli demokratiya həftəsi çərçivəsində noyabr ayının 17-dən 23-dək Balakəndə şəhər və kənd bələdiyyələrində aparılacaq tədbirlər barədə geniş müzakirələr aparılıb. Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bələdiyyələrlə birgə aparılan və aparılacaq işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR