Bank Of Baku

Zaqatala qoruğunun genişləndirilməsi işləri iki ilə başa çatacaq

Zaqatala qoruğunun genişləndirilməsi işləri iki ilə başa çatacaq
# 11 noyabr 2008 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Zaqatala qoruğunun ərazisinin genişləndirilməsi istiqamətində aparılan işlər iki il ərzində başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.
Nazir həmçinin qeyd edib ki, ərazisinin böyüklüyünə görə Zaqatala qoruğu Azərbaycanda sayca ikinci ən iri qoruğa çevrilib, ərazisi isə 47 min hektar təşkil edir.
«Ən böyük ərazi isə Şirvan Milli Parkınındır ki, burada ərazinin sahəsi 65 min hektar təşkil edir. Biz Zaqatala qoruğunda həmçinin biosfer mühafizə ərazisi yaradırıq ki, bunun nəticəsində qoruğun ümumi sahəsi 55 min hektara çatdırılacaq. Gürcüstanın Laqodexi qoruğunun da böyüdülməsi nəticəsində bu iki qoruğun ümumi sahəsi 100 min hektara çatacaq», - deyə nazir vurğulayıb.
H.Bağırovun sözlərinə görə, hazırda Zaqatala qoruğunda layihələndirmə işləri başa çatdırılır, yaxın iki il ərzində isə layihə tam başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR