Bank Of Baku

Bakıda yol qəzasında 17 yaşlı piyada ölüb

Bakıda yol qəzasında 17 yaşlı piyada ölüb
# 11 noyabr 2008 08:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində 17 yaşlı gənci maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xətai prospektində baş verib. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Əsgər Kamal oğlu Ələsgərov idarə etdiyi “VAZ-2107” markalı, 10 UC 227 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1991-ci il təvəllüdlü Cabir Rəşid oğlu Abbasovu vurub. C. Abbasov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR