Bank Of Baku

Yaxın iki ildə Azərbaycanın 437 kəndinin əhalisi təmiz su ilə tmin olunacaq

Yaxın iki ildə Azərbaycanın 437 kəndinin əhalisi təmiz su ilə tmin olunacaq
# 11 noyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ilin ortalarınadək ölkənin 437 kəndində su təmizləyici qurğuların quraşdırmasını başa çatdıracaq. Bu barədə «APA-Economics»ə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.
Nazirin sözlərinə görə, cari ilin sonunadək Azərbaycanın 12 rayonunun 100 kəndində (keçən ilki ilə birlikdə) su təmizləyici qurğuların quraşdırılması başa çatdırılacaq: «Əlavə olaraq, qənaət hesabına daha 12 kənddə cari ilin sonunadək bu işlər başa çatdırılacaq. Daha 40-50 kənddə bu işləri 2008-ci ilin sonunadək başlamaq və gələn il davam etdirmək niyyətindəyik. Ümumiyyətlə, 2010-cu ilin ortalarınadək 437 kənd su təmizləyici qurğularla təchiz olunacaq ki, bu da 800 min əhalinin su ilə təmin edilməsi deməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR